Azərbaycan, Bakı,15 may / Trend , müxbir K.Zərbalıyeva/ Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupuna yeni rəhbər təyin olunub.
Komissiyadan bildirilib ki, Səhiyyə Nazirliyinin Resbublika Narkoloji Dispanserinin rəisi Araz Əliquliyev Komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənovun əmri ilə İşçi qrupun sədri təyin olunub.
İşçi qrupun əvvəlki sədri İsrafil Əliyev bir müddət öncə xəstəlikdən vəfat edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]