Azərbaycan, Bakı, 28 may/ müxbir Trend R.Elgün/ Bu gün Azərbaycanın futbol üzrə Premyer-Liqasında keçirilən sonuncu turun oyununda lider "Olimpik" klubu məğlub olub.
"Olimpik" klubunun baş məşqçisi Əskər Abdullayevdir.
"Olimpik" klubu Ağdamın "Qarabağ" komandası ilə oyununda 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra "Olimpik" Premyer-Liqada 58 xalla ilk pillədə yer alıb.
Günün sonunda keçiriləcək "İnter"-"Qəbələ" oyununda "İnter" qələbə qazansa Azərbaycanın Premyer-Liqasının çempionu oldacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]