...

"Eurovision"da səsvermə Azərbaycan və Gürcüstan münasibətlərinə təsir etməyəcək-deputat Lalə Abbasova

Cəmiyyət Materials 29 May 2008 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /müx. TrendLife Eldar Hüseynzadə/

"Eurovision" müsabiqəsində Gürcüstanın Azərbaycana yeddi, Ermənistana maksimal bal verməsi hər kəsi çaşdırıb. Axı, Azərbaycan son illər Gürcüstanın iqtisadiyyatını xilas etmək üçün onlara qaz və enerjini ən aşağı qiymətlərlə verib. Bu barədə deputat Lalə Abbasovanın fikirlərini öyrənmək istədik. "Hesab edirəm ki, Gürcüstanda bizdən fərqli olaraq, erməni diasporası güclü çalışıb. Ona görə də onlar yüksək qiymətə sahib oldular. Bundan əlavə hesab edirəm ki, Azərbaycan-Gürcüstan münasibəti bu müsabiqəyə görə korlanmayacaq. Fikir verdinizsə, İtaliya artıq bu müsabiqədən imtina edib. Vaxt gələcək adıçəkilən müsabiqədə verilən qiymətlər professional jurilər tərəfindən olacaq",-Lalə Abbasova deyib.

Xəbər lenti

Xəbər lenti