...

Azərbaycanın "Olimpik" klubu baş məşqçi ilə yeni müqavilə bağlayacaq

Cəmiyyət Materials 4 İyun 2008 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" futbol klubu baş məşqçi Əsgər Abdullayevlə yeni müqavilə bağlayacaq. Bu barədə Trend -a "Olimpik" klubunun mətbuat xidməti məlumat verib.

Abdullayevin "Olimpik" klubu ilə müqaviləsi yaxınlarda başa çatan futbol mövsümünün sonunadək nəzərdə tutulmuşdu. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, "Olimpik"in rəhbərliyi baş məşqçinin fəaliyyətindən razıdır və ona yeni müqavilə bağlamaq təklifi ilə müraciət olunacaq.

Baş məşqçi "Olimpik"ə rəhbərlik etdiyi son mövsümdə kluba Azərbaycan Premyer-Liqasının gümüş medallarını qazandırıb. O, Trend-News-un futbol azarkeşləri arasında keçirdiyi sorğunun nəticələrinə görə, mövsümün ən yaxşı futbol məşqçisi adına layiq görülüb. Bu uğuruna görə, Abdullayev Trend -un diplomu ilə təltif olunub.

"Olimpik" klubunun mətbuat xidmətindən verilən xəbərə görə, komandanın növbəti futbol mövsümündə daha uğurlu çıxış etməsi üçün heyətdə ciddi dəyişikliklər olacaq. Bu məqsədlə artıq "Olimpik"in Braziliyadan olan legioner hücumçusu Junivan Suares komandadan uzaqlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti