...

Azərbaycanın "Neftçi" klubu UEFA kubokuna vəsiqə qazanacaq gücdədir – vitse-prezident

Cəmiyyət Materials 17 İyun 2008 17:34 (UTC +04:00)
Azərbaycanın "Neftçi" klubu UEFA kubokuna vəsiqə qazanacaq gücdədir – vitse-prezident

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu UEFA-İntertoto kubokunda bütün mərhələləri keçə biləcək. "Bizim klubun UEFA-İntertoto kubokunda üç mərhələ keçib, UEFA kubokuna vəsiqə qazanmağa kifayət qədər gücü və imkanı var. İnanıram ki, "Neftçi" bu yarışda uğurlu çıxışla azarkeşlərini sevindirə biləcək", -çərşənbə axşamı Trend -a "Neftçi" klubunun yeni vitse-prezidenti İlqar Quluzadə deyib.

Quluzadə "Neftçi"nin vitse-prezidenti vəzifəsinə bir neçə gün əvvəl təyin olunub. O, vitse-prezident olanadək klubun icraçı direktoru vəzifəsində çalışıb. Quluzadədən əvvəl vitse-prezident vəzifəsində indi Peşəkar Futbol Liqasının prezidenti olan Ramin Musayev fəaliyyət göstərib.

38 yaşlı vitse-prezident deyib ki, hazırda ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirən "Neftçi" növbəti mövsümdən etibarən, başqa arenada oynayacaq. "Əsas vəzifələrimizdən biri "Neftçi"nin stadionla bağlı problemini tam həll etməkdir. Növbəti mövsümdən etibarən, "Neftçi" ev oyunlarını İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcək. Hazırda bu stadionda təmir işləri aparılır və yeni oturacaqlar quraşdırılır" - deyə Quluzadə əlavə edib.

"Neftçi" ötən futbol mövsümündə ev oyunlarını T.Bəhramov adına stadionda keçirib. Bakı klubu UEFA-İntertoto kubokunda iyunun 21-də qarşılaşacağı Slovakiyanın "Nitra" komandası ilə də bu stadionda oynayacaq.

İcraçı direktorluqdan vitse-prezident vəzifəsinə yüksəlməsi gözlənilməz olsa da, Quluzadə yeni işinin öhdəsindən gələcəyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti