...

Futbol üzrə Avropa çempionatının Türkiyə – Xorvatiya oyunundan sonra qarşıdurma yaranıb

Cəmiyyət Materials 21 İyun 2008 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun / Trend , müxbir R.Ergün/ Avstriya və İsveçrədə keçirilən futbol üzrə Avropa çempionatının Türkiyə - Xorvatiya oyunundan sonra, iki ölkənin futbol azarkeşləri arasında qarşıdurma yaranıb. Bu barədə şənbə günü Türkiyə mətbuatı xəbər verib.

Türkiyə yığma komandasının oyuna əlavə olunmuş vaxtın son saniyələrində bərabərlik (1:1) qolunu vurmasından sonra, görüşün taleyini penaltilər həll edib. Türkiyəlilərin penalti seriyasında 4:2 hesablı qələbə qazanması oyunun keçirildiyi Avstriyanın Vyana şəhərində iki komandanın tərəfdarları arasında dava-dalaşa səbəb olub. Qarşıdurma zamanı 12 futbol fanatının xəsarət aldığı bildirilir. Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.

Türkiyənin və Xorvatiyanın azarkeşləri Avropada ən çılğın futbol fanatları sayılırlar. Avropa çempionatının həlledici mərhələsinin oyunlarının başlaması ilə bu cür qarşıdurmaların sayının daha da artacağı proqnozlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti