...

Yayın sonuna kimi Azərbaycanda 11 film çəkmək nəzərdə tutulub

Cəmiyyət Materials 25 İyun 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

"Yeni dalğa" prodüsser mərkəzində keçirilən müsbiqənin nəticəsində 11 kino layihə seçilib. Mərkəzin direktoru Rasim Həsənovun TrendLife-a verdiyi məlumata görə, bütün filmlər 100 saniyədir.

"Müsabiqəmizin əsas məqsədi müasir azərbaycan kinosunun dilini göstərməkdir. Biz bu yolla əmin ola bilərik ki, kinemotoqrafçıramız hansı dildə danışa bilər. Yayın sonuna kimi bütün filmlər lentə alınacaq və həmin filmləri müxtəlif beynəlxalq kino festivallara yollayacayıq. İlk əvvəl filmləri Berlin festivalına göndərməyi düşünürük",-deyən R. Həsənov TrendLife-la fikirləri ilə bölüşüb. Müsabiqənin nəticələrinə görə filmləri Tərlan Manafov, Samir Qulamov, Adil Nəsibov, Mirsadıx Ağazadə, Həsən Sədi, Kəmalə Rzayeva və başqaları lentə alacaqlar. Hər şey elə planlaşdırılıb ki, bir rejissorun üzərinə bir film çəkmək düşür. Yerigəlmişkən T. Manafov artıq öz işini yekunlaşdırıb. Film "Pil-Pilə" adlanır. Çəklişlər Qobustanda aparılıb.

Xəbər lenti

Xəbər lenti