...

Biz Azərbaycan futbolunun inkişafına yardım göstərəcəyik - UEFA prezidenti

Cəmiyyət Materials 6 İyul 2008 17:28 (UTC +04:00)
Biz Azərbaycan futbolunun inkişafına yardım göstərəcəyik - UEFA prezidenti

Azərbaycan, Bakı, 6 iyul / Trend müxbir R.Ergün / UEFA prezidenti Mişel Platini bu gün Bakıda AFFA rəhbərliyi ilə görüş keçirib. Trend agentliyinin verdiyi xəbərə görə, Platini səfəri çərçivəsində həmçinin Bakıda inşa olunan Futbol Akademiyasına baş çəkib.

Jurnalistlərin suallarını cavablandıran Platini bildirib ki, UEFA bu layihənin icrası üçün müəyyən məbləğdə vəsait ayırıb. "Amma qarşıdakı illərdə biz bu cür layihələrin icrası zamanı AFFA-ya yalnız texniki yardım göstərəcəyik. Azərbaycanın futbol federasiyası artıq özü bu cür qurğuların inşası üçün vəsait ayıra bilər", - deyə o vurğulayıb.

Platini ilə birgə Bakıya UEFA-nın baş katibi və digər rəsmi şəxslər gəliblər. UEFA rəhbərlərinin Azərbaycana səfəri bu gün başa çatacaq.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: trend

Xəbər lenti

Xəbər lenti