...

Azərbaycanın futbol üzrə yığma komandası beynəlxalq turnirin final oyununa vəsiqə qazanıb

Cəmiyyət Materials 10 İyul 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı,10 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Avstriyanın Vels şəhərində keçirilən "Yuxarı Avstriya kuboku" yarışının final oyununa vəsiqə qazanıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Bu gün keçirilən oyunda azərbaycanlı futbolçular Rumıniyanın "Braşov" klubu ilə oyunda 3:0 hesabı ilə qələbə qazanıblar. Rəqib qapısından qolları Tərlan Quliyev (2) və Elnur Abdulov keçirib.

Azərbaycan yığma komandasının finaldakı rəqibinin adına bu gün aydınlıq gələcək. Final görüşü sabah keçiriləcək.

Azərbaycanın 17 yaşlılardan ibarət millisinin baş məşqçisi almaniyalı Bernhard Lippertdir.

Xəbər lenti

Xəbər lenti