...

Azərbaycan Dövlət İrəvan Teatrı qastroldadır

Cəmiyyət Materials 14 İyul 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Azərbaycan Dövlət İrəvan Teatrı "Əsgər qızı" tamaşası ilə qastroldadır. Teatrın direktoru İftixar Piriyevin TrendLife-a verdiyi məlumata görə, hazırda teatr Şəkidə qastroldadır, daha sonra Qəbələyə və İsmayıllıya yollanacaq. "Əsgər qızı" tamaşasının rejissoru Ağa Rəhimovdur. "Hazırda Türkiyədən də cavab gözləyirik. Gələcək mövsümdə İrəvan teatrı türkiyəli həmkarlarımızla birlikdə Almaniyaya qastrol səfərinə yola düşəcəyik. Bu haqda danışıqlarımız artıq baş tutub",-deyən İ. Piriyev bildirib.

Xəbər lenti

Xəbər lenti