...

Rusiya mətbuatı Müslüm Maqomayevin səhhəti ilə bağlı yalan məlumatlar yayamaqda davam edir

Cəmiyyət Materials 15 İyul 2008 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /TrendLife müxbir Nigar Musayeva/

Rusiya mətbuatı güclü sürətlə SSRİ-nin xalq artisti Müslüm Maqomayevin sağlamlığı haqqında yalan məlumatlar yayamaqda davam edir. Belə ki, "Moskovskiy Komsomoles" qəzetində yazılıb ki, guya müğənni həyat yoldaşı Tamara Sinyavskoya ilə Moskvanın elit xəstəxanalarının birində müalicə olunur. Həkimlər ona işemik və damarlarda ateroskleroz diaqnozunu təyin ediblər. TrendLife bu məsələyə aydınlıq gətirmək üçün Maqomayevin Bakıdakı mətbuat katibi Oleq Əmirəyovla əlaqə saxladı.

"Nə qədər olar. Sözün düzü, artıq belə xəbərləri təkzib etməkdən bezmişəm. Bir daha təkrar edirəm: Müslim Maqomayev Mərkəzi Klinik Xəstəxanada müayinə olunub və həmin gün də oranı tərk edib. Bundan başqa nə xəstəxana nə müalicə söhbəti olub. Çox xahiş edirəm ki, bu məsələni burdaca bağlayaq".

Xəbər lenti

Xəbər lenti