...

Gələcəkdə Azərbaycanda dövlət qulluğuna qəbulun ixtisaslar üzrə keçirilməsi mümkün ola bilər - Komissiya sədri

Cəmiyyət Materials 22 İyul 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı,22 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası sədrinin fikrincə, gələcəkdə Azərbaycanda dövlət qulluğuna qəbulun dövlət orqanları üzrə deyil, ixtisaslar üzrə keçirilməsi mümkün ola bilər.

Trend -un məlumatına görə, Dövlət Komissiyasının sədri Bəhram Xəlilov çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, bir gündə müxtəlif dövlət orqanlarına eyni ixtisas üzrə bir neçə müsahibə keçirilir. Bu isə namizədlər üçün müəyyən məhdudiyyətlər yaradır. "Belə ki, namizəd yalnız bir dövlət orqanındakı vakant vəzifə üzrə müsahibədə iştirak edə bilər. Bu namizədin öz seçimidir", - deyə Xəlilov vurğulayıb.

Komissiya sədri deyib ki, yeni qəbul qaydası tətbiq olunarsa, kadrların seçimi də həmin ixtisaslar üzrə yüksək nəticə göstərən namizədlər arasından aparılacaq.

"Biz ixtisaslar üzrə namizədləri dövlət orqanına təklif edəcəyik və dövlət orqanının rəhbəri onlar arasından seçim edəcək", - deyə Komissiya sədri vurğulayıb.

Xəlilov hesab edir ki, dövlət qulluqçularının seçimində bu qaydanın tətbiq olunması dövlət orqanlarının daha peşəkar və savadlı kadrlarla təmin olunmasına imkan yaradacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti