...

Moskvada Vahid Mühacirət Pəncərəsi açılacaq – Moskva merinin müavini

Cəmiyyət Materials 23 İyul 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend , müxbir C.Babayeva/ Avqustda Moskvada Vahid Mühacirət Pəncərəsinin (VMP) açılışı planlaşdırılır. Bu barədə çərşənbə günü Moskva-Bakı video-körpüsünün gedişində Moskva merinin regionlararası əməkdaşlıq, kütləvi kommunikasiyalar, idman və turizm məsələləri üzrə müavini Valeri Vinoqradov məlumat verib. Vinoqradovun sözlərinə görə, VMP dövlət müəssisəsi olacaq və onun vəzifəsi yalnız əmək mühacirlərinə işəgötürənlərdən vakansiyalar təqdim etmək olmayacaq. "Moskvaya gələn əmək mühacirlərinə onların hüquqları izah ediləcək, tibbi yardım göstəriləcək və gecələmək üçün yerləri olmazsa, onlar imkanlara əsasən inzibati-məişət şəhərciklərində müvəqqəti yerləşdiriləcəklər", - o bildirib.

Onun sözlərinə görə, şəhərciklər müvəqqəti xarakter daşıyacaq və əmək mühacirlərinin yerləşdirilməsi 100 rubldan 200 rubladək müəyyən ödəniş əsasında aparılacaq. Vinoqradov şəhərciklərin sanitar-texniki şəraitlə təchiz olunacağını qeyd edib. Belə şəhərcikləri cari ilin sentyabr-oktyabrında açmaq planlaşdırılır.

"Bundan əlavə, "qonaq kartı" layihəsinin tətbiqi planlaşdırılır. Bu kartda çip vasitəsilə mühacir haqqında zəruri məlumat saxlanılacaq. Kart pulsuz və könüllü olacaq. Bu kartın tətbiqi haqqında Vnukovo hava limanı və sərhəd xidməti ilə razılıq var", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti