...

Şəfiqə Axundovanın səhhəti yenidən pisləşib

Cəmiyyət Materials 26 İyul 2008 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /TrendLife müxbir Z.Rüstəmova/

Bəstəkar Şəfiqə Axundovanın vəziyyəti yenə ağırlaşıb. Bir müddət onun səhhətində irəliləyişnəzərə çarpsa da bu, uzun müddət davam etməyib. Həkimlər hazırda ev şəraitində müalicə olunan bəstəkarın xəstəxanada müalicəsinin zəruri olduğunu bildirirlər.

Bəstəkarın ailəsindən TrendLife-a verilən məlumata görə, son günlər onun nitqində də problemlər yaranıb. Hərəkət imkanları da məhdudlaşan Şəfiqə xanım eyni zamanda ürək ağrılarından əziyyət çəkir. Rəfiqə Axundovanın məlumatına görə, bacısında ürək çatışmamazlığı var və tezliklə müalicəsini kardialogiya şöbəsində davam etməlidir:

"Onun dənizkənarında, təmiz havada istirahətə ehtiyacı var. İsti havalar onu az qala boğur. Amma buna maddi baxımdan imkanımız çatmır. Yalnız müalicə xərclərini ödəyə bilirik".

R.Axundova əlaqədar qurumlara müraciətlər göndərilsə də, nəticə olmadığını söylədi.

Xəbər lenti

Xəbər lenti