...

Azərbaycan yığmasının yeni atına təqribən 2 milyon avro xərc çəkilib (video)

Cəmiyyət Materials 5 Avqust 2008 17:34 (UTC +04:00)
Azərbaycan yığmasının yeni atına təqribən 2 milyon avro xərc çəkilib (video)

Azərbaycan, Bakı, 05 avqust/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Dövlət Neft Şirkəti Azərbaycanı at idmanı üzrə Pekin Yay Olimpiadasından təmsil edəcək jokey Camal Rəhimova Fransa atı alıb. Ata görə təqribən 2 mln. avro ödənilib. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən mətubat konfransında gənclər və imdan naziri Azad Rəhimov məlumat verib.

Onun sözlərinə görə, Fransanın " La Monde" jurnalı yazıb ki, Azərbaycan ən yaxşı atı - Fransanın milli fəxrini alıb, nazir bildirib.

Nazir Azərbaycanın ilk dəfə belə elit idman növündə təmsil olunmasından çox şad olduğunu bildirib. "Jokey Camal Rəhimov 20 yaşında Olimpiadada iştirak edəcək üçüncü idmançıdır", - nazir qeyd edib.

Nazirin sözlərinə görə, at idmanı çox bahalıdır. Nazirlik bu idman növünün dəstəklənməsinə yardım barədə xahişlə Heydər Əliyev Fonduna müraciət edib. Fond bu məqsədlə və Camal Rəhimovun ezamiyyəti üçün ayda 10 min avro ayırır. Rəhimov nazirliyin bu məqsədlərə ayrıca şəkildə təqribən 100 min manat sərf edəcəyini bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti