Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı güləşçi Namiq Sevdimov Pekin Olimpiadasında bürünc medal qazanmaq şansını itirib. Bu, bolqarıstanlı idmançı ilə görüşdən sonra məlum olub.
Azərbaycanı Olimpiadada sərbəst güləş növündə təmsil edən Sevdimov 55 kq çəki dərəcəsində mübarizə aparıb.
Azərbaycanlı yunan-roma güləşçiləri - Vitali Rəhimovla Rövşən Bayramov Olimpiadanın gümüş medallarını qazanıblar.
Hazırda Azərbaycanın hesabında beş olimpiya medalı var- 1 qızıl, 2 gümüş və 2 bürünc.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]