...

Azərbaycanlı atlet Paralimpiadada bürünc medal qazanıb

Cəmiyyət Materials 13 Sentyabr 2008 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı atlet Oleq Panyutin Çinin Pekin şəhərində keçirilən Paralimpiadada bürünc medal qazanıb. Bu, Azərbaycan idmançılarının Paralimpiadada qazandığı sayca yeddinci medal olub.

Fiziki cəhətdən qüsurlu idmançıların yarışında Azərbaycanın hesabına yazılan medallardan biri qızıl, üçü gümüş, üçü isə bürüncdür.

Panyutinin uğurlu çıxış etməsindən sonra Azərbaycan Paralimpiadada medal qazanan 60 ölkə arasında 32-ci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti