...

Pekin Olimpiadasının gümüş mükafatçıları yeniyetmə məhkumlarla görüşüblər

Cəmiyyət Materials 8 Oktyabr 2008 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir S.Kazımlı / Pekin Olimpiadasının gümüş mükafatçıları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan yeniyetmə məhkumlarla görüşüblər.

Trend - un məlumatına görə, Penitensiar Xidmətin, Mətbuat Şurasının və "Olimipiya Dünyası" qəzetinin təşkilatçılığı ilə, çərşənbə günü Pekin Olimpiadasının yunan - Roma güləşi üzrə gümüş mükafatçıları Vitali Rəhimov, Rövşən Bayramov və sonuncunun məşqçisi, beynəlxalq dərəcəli hakim Nicat Şərifov yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan məhkumlarla baş çəkiblər.

Məhkumlar qarşısında çıxış edən Bayramov idmana gəlişi haqda onlara məlumat verdikdən sonra gələcəkdə də Azərbaycanı layiqincə təmsil edəcəyini bildirib. "Çalışacağıq ki, bundan sonra da vətənə çoxlu medallar gətirək", - deyə Bayramov qeyd edib.

Müəssisə rəisi məhkum uşaqların birinin idmançılarımıza yazdığı şeiri onlara təqdim edib.

Görüşdən sonra Pekin Olimpiadasının gümüş mükafatçıları yeniyetmə məhkumlara mükafanlar verərək onlarla şəkillər çəkdirib, məsləhətlər veriblər.

Sonra Səbail rayonunda yerləşən 236 saylı orta məktəbin şagirdləri ilə yeniyetmə məhkumlar arasında stolüstü tennis yarışı keçirilib. Yarışın qalibləri olmuş 236 saylı məktəbin şagirdləri mükafatlandırılıblar.

Yarışda hakimlik etdiyinə görə Gülbanı Ağayevaya və yarışın təşkilatçılığında yaxından iştirak etdiyi üçün müəssisə rəisi İmran Məmmədova diplomlar təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti