...

İnsan alverində günahlandırılan Azərbaycan vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 17 Oktyabr 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insan alverində təqsirləndirilən Masallı rayon sakininin məhkəməsi başlayıb.

Hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən hazırlıq iclasında 20 yaşlı Elvin Ziyadovun barəsindəki cinayət işi məhkəmə baxışına verilib.

Ziyadov bu ilin avqustunda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

O, qadınları gəlir əldə etmək məqsədilə Dubaya aparıb cinsi istismara məruz qoymaqda vasitəçilikdə günahlandırılır.

İş üzrə məhkəmə baxışı oktyabrın 22-də qapalı aparılacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti