Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın qızlardan ibarət universal döyüş üzrə yığma komandası Rusiyada keçirilən Avropa çempionatında ikinci yeri tutub.
Çempionat 18 - 20 yaşlı oğlanlar və qızlar arasında keçirilib.
Azərbaycanın qızlardan ibarət universal döyüş yığması 15 - ə yaxın ölkənin təmsilçiləri sırasında xal hesabında yalnız Rusiya idmançılarından geri qalaraq, ikinci yeri tutub.
Oğlanlardan ibarət Azərbaycan yığma komandası isə, yarışın nəticəsinə görə, çempionatın üçüncüsü olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]