...

Azərbaycan dünyaya Müslüm Maqomayevi yetirdiyi üçün fəxr etməlidir – Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

Cəmiyyət Materials 29 Oktyabr 2008 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr/Trend Life, müxbir Nigar Musayeva/ SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsini yad etməyə yaradıcı ziyalıların nümayəndələri ilə yanaşı, dövlət şəxsləri də qatılıblar. Onların arasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da olub, o, öz təəssüratlarını jurnalistlərlə bölüşüb: "Bu gün bizim üçün çox kədərli gündür. Belə ki, belə bir böyük musiqiçi və ictimai xadimlə vidalaşırıq... Kədərlə yanaşı, Azərbaycan torpağının Müslüm Maqomayev kimi insanı dünyaya gətirməsi, böyütməsi və layiqli qiymət verə bilməsinə görə, qürur hissi də bizim ürəklərimizi doldurur. O, Üzeyir Hacıbəyov və digər dahilərlə yanaşı, respublikanın milli dəyəridir. Biz daim onları xatırlamalı və gənc nəsli onların nümunəsində tərbiyə etməliyik".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected].

Xəbər lenti

Xəbər lenti