...

Azərbaycanda "Tələbə həftəsi" keçiriləcək

Cəmiyyət Materials 30 Oktyabr 2008 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir C.Babayeva/ Noyabrın 10 -17- də Azərbaycanda Gənclər və İdman Nazirliyi tərəfindən "Tələbə həftəsi" təşkil ediləcək, - Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev cümə axşamı jurnalistlərə bildirib.

"Həftə çərçivəsində tələbələr arasında siyasi biliklər üzrə olimpiada, gənclər və tələbə təşkilatları arasında "Ən yaxşı layihə" müsabiqəsi , ali təhsil məktəbləri və texnikum tələbələri arasında "Bizim amalımız sağlam həyat tərzidir!" devizi altında tədbir keçiriləcək. Noyabrın 14-də Ağdam rayonunda № saylı hərbi hissədə mədəni tədbir təşkil ediləcək", - Babayev bildirib.

Beynəlxalq tələbələr günü noyabrın 17 - də qeyd olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti