...

Azərbaycan vətəndaşını Gürcüstan həbsxanasında ömürlük həbs gözləyir

Cəmiyyət Materials 8 Noyabr 2008 11:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Azərbaycan vətəndaşını Gürcüstan həbsxanasında ömürlük həbs zəzası gözləyir. 43 yaşlı İsabala Mustafayev qaçaqmalçılıq və narkotik maddələr satmaqda ittiham olunur. Bu barədə Trend - a Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat veriblər.

Dünən Gürcüstan DİN -in əks - kəşfiyyat departamentinin əməkdaşları Mustafayevi 3 kiloqram heroin ilə Marneulidə yaxalayıblar. Bu, Gürcüstanda ayrı - ayrı şəxslərdən götürülən ən iri narkotik partiyasıdır.

Bu gün Tbilisi Şəhər Məhkəməsi Mustafayev barəsində qətimkan tədbiri seçəcək. Onu iki aylıq həbs cəzası gözləyir.

Məhkəmədə onun narkotik qaçaqmalçılığında ittiham olunması təsdiq olunacağı təqdirdə, Azərbaycan vətəndaşını ömürlük həbs cəzası gözləyir.

İstintaq Gürcüstan DİN -in anti terror departamenti tərəfindən aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti