Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) İntizam Komitəsi (İK) "Standard" futbol klubunu cəzalandırıb. Bu barədə çərşənbə axşamı Trend -a asossiasiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Premyer-Liqasının 10-cu turu çərçivəsində "Simurq"la keçirilən oyunda "Standard"ın məşqçisi Elçin Həsənov hakimləri təhqir etdiyi üçün 4 oyun texniki zonadan kənarlaşdırılıb və 4000 mant cərimələnib.
Oyun başa çatdıqdan sonra hər iki klubun üzvləri futbolçuya yaraşmayan hərəkətlər etdikləri üçün "Standard" və "Simurq" 5000 manat cərimə olunub.
"Simurq" bazar günü keçirilən oyunda "Standard"ı 1:0 hesabı ilə məğlub edib.
İK "Turan" klubunu da cəzalandırıb. "Olimpik"lə oyunda komandanın baş məşçqisi Rasim Əliyev təhqiredici ifadələr işlətdiyi üçün 4 oyun texniki zonadan uzaqlaşdırılıb və 4000 manat cərimə olub.
Əliyev bu ilin oktyabrında türkiyəli Mustafa Yılmazın istefa verməsindən sonra "Turan"ın baş məşqçisi təyin olunub.
Komitə "Xəzər-Lənkəran" - "İnter" oyununda meydançaya kənar əşyalar atıldığı üçün meydan sahiblərini 2000 manat cərimə edib.
"Xəzər-Lənkəran"la oyunda "İnter" 4:2 hesabı ilə qələbə qazanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]