...

Qafqaz Müsəlmanları İdarəsi Qəzzə Zolağının bombardmanı ilə bağlı narahatdır

Cəmiyyət Materials 29 Dekabr 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr/ Trend / Dinc sakinlərin zərər çəkməsinə gətirən Qəzzə Zolağının bombardmanı Qafqaz Müsəlmanları İdarəsinin narahatlığını doğurub, - QMİ -nin bazar ertəsi yayılan məlumatında deyilir.

Qafqaz Müsəlmanları İdarəsi Qəzzənin bombardmanının dərhal kəsilməsini və problemlərin danışıqlar yolu ilə həllini tələb edir. Təşkilat Fələstin ərazisindəki hərbi əməliyyatların tezliklə dayanacağına və dinc əhali arasında qurbanların sayının artmayacağına ümid ifadə edir.

İsrail HHQ dekabrın 27 - də Qəzzə Zolağını raket atəşinə tutub. Dekabrın 19- da HƏMAS və İsrail arasında barışığın müddəti başa çatdıqdan sonra, HƏMAS dörd fələstinlinin öldürülməsinə cavab olaraq, İsrailin Aşkelon və Sderot yaşayış məntəqələrini atəşə tutub.

Dekabrın 27 - də İsrailin hərbi əməliyyatları nəticəsində 310 nəfər həlak olub, daha 800 nəfər yaralanıb. HƏMAS - ın Qəzzədəki mətbuat xidmətindən Trend -a bildiriblər ki, zərər çəkənlərin əksəriyyəti qadın və uşaqlardır.

İranın "Fars" İnformasiya Agentliyinin məlumatına görə, İranın Ali dini rəhbəri dekabrın 28 - də bildirib ki, Qəzzənin dinc əhalisinin müdafiəsi zamanı həlak olanların hər biri şəhiddir. O, sionistləri kafir adlandırıb və Fələstin xalqının taleyinə biganə qaldıqları üçün ərəb ölkələrini pisləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti