...

"Bakı" futbol klubu Azərbaycan yığmasının müdafiəçisi ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 9 Yanvar 2009 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar/ Trend , müxbir R.Ergün/ "Bakı" futbol klubu bu gün Azərbaycan yığma komandasının müdafiəçisi Saşa Yunisoğlu ilə il yarımlıq müqavilə bağlayıb. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

Yunisoğlunun çıxış etdiyi sonuncu klub Polşanın "Poloniya" komandası olub. O, "Poloniya"dan əsas heyətə düşə bilmədiyi üçün uzaqlaşdırılıb.

Hazırda Azərbaycan Premyer-Liqasında 2-ci yerdə olan "Bakı" klubu dünən yığma komandanın keçmiş futbolçusu Mahmud Qurbanovla da müqavilə bağlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti