...

Azərbaycanın hüquq müdafiəçisi millət vəkilinin həbsdə olan oğlu ilə görüşüb

Cəmiyyət Materials 16 Yanvar 2009 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın hüquq müdafiəçisi Arzu Abdullayeva millət vəkilinin Rusiyada həbsdə olan oğlu Etimad İsmayılovla görüşüb.

Helsinki Vətəndaş Assambleyası Milli Komitəsindən cümə günü Trend -a verilən məlumata görə, Arzu Abdullayeva Rusiyanın Çelyabinsk vilayət məhkəməsində İsmayılovun məhkəməsində iştirak edib. Məhkəmə iclasından sonra hüquq müdafiəçisi İsmayılovla görüşüb.

Abdullayeva bildirib ki, İsmayılovun ittiham olunduğu cinayətdə günahı yoxdur və o, vilayətin vitse-qubernatoru ilə mübahisəsi üzündən həbsdədir.

Hüquq müdafiəçisi deyib ki, İsmayılovun hüquqları pozulur, ona namaz qılması üçün şərait yaradılmır.

Abdullayeva Ismayılovun hüquqlarının müdafiəsi ilə bağlı kassasiya şikayətinin hazırlandığını bildirib.

Etimad İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin dələduzluq (159.4) və çirkli pulları yuyulması (274/1 4-cü hissəsi) maddələri ilə ittiham irəli sürülüb.

İsmayılovun məhkəməsi Rusiyanın Çelyabinsk vilayət məhkəməsində aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti