...

Azərbaycan Avropa Şurasından gənclər layihələrinə qrant alınmasında birincidir

Cəmiyyət Materials 27 Yanvar 2009 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycan gənclər təşkilatları Avropa Şurasının gənclər fondundan layihələrə qrant alınmasında birincidir.

"Ardıcıl üç ildir Azərbaycan gənclər təşkilatlarının təxminən 35 layihəsi hər il qrant alır. Bu, Azərbaycan gəncliyinin fəallığının göstəricisidir", -  çərşənbə axşamı jurnalistlərə Azərbaycan idman və gənclər nazirliyi gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev deyib.

14 - 20 yaşlı gənclər Azərbaycan əhalisinin 60 faizini təşkil edir. Ölkədə təxminən 180 uşaq və gənclər təşkilatları fəaliyyət göstərir.

"Layihələr, əsasən, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları sahəsində gənclərin maarifləndirilməsi, ölkənin ictimai - siyasi həyatında gənclərin fəallığının artırılmasına yönəldilib", - Hacıyev qeyd edib.

"Bütün layihələr Azərbaycanda həyata keçirilir. Azərbaycan gənclərinin layihələri Avropa Şurasının gənclər fondu tərəfindən yüksək qiymətləndirilir", - şöbə müdiri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti