...

Azərbaycanın "Muğan" futbol klubunun baş məşqçisi istefa verib

Cəmiyyət Materials 25 Fevral 2009 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir R.Ergün /

Azərbaycanın "Muğan" futbol klubunun baş məşqçisi Vladislav Qədirov istefa verib. Bu barədə çərşənbə günü Trend -a kluba yaxın mənbələr məlumat verib.

Qədirovun istefa verməsinin səbəbi kimi "Muğan"ın Azərbaycan Premyer-Liqasında uğursuz çıxış etməsi göstərilir.

"Muğan" Premyer-Liqada keçirdiyi 15 oyundan sonra 5 xal toplayaraq, 12-ci yeri tutur.

"Muğan" klubunun yeni baş məşqçisinin kim olacağı ilə bağlı məlumat verilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti