...

Azərbaycan Diplomatiya Akademiyası və İtaliya Trento Universiteti əməkdaşlıq haqqında memorandum imzalayıblar ( video )

Cəmiyyət Materials 3 Mart 2009 17:33 (UTC +04:00)
Azərbaycan Diplomatiya Akademiyası və İtaliya Trento Universiteti əməkdaşlıq haqqında memorandum imzalayıblar ( video )

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir N.Abdullayeva /Azərbaycan Diplomatiya Akademiyası (ADA) və Trento Universiteti (İtaliya) təhsil sahəsində əməkdaşlıq edəcəklər. Qarşılıqlı anlaşma haqda memorandumu çərşənbə axşamı ADA-nın rektoru Hafiz Paşayev və Trento Universitetinin rektoru Ton Notermans imzalayıb.

"Memorandum çərçivəsində ADA və Trento Universiteti arasında müxtəlif sahələrdə əməkdaşlıq gözlənilir. Buraya professorlar, magistratura və doktoranturada təhsil alan tələbələrlə mübadilə, layihələrin qarşılıqlı tədqiqatı və təhsil sahəsində təcrübə mübadiləsi daxildir", - imzalanma mərasimində ADA-nın rektoru Paşayev deyib.

Artıq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Norveç və Xorvatiyanın Diplomatik Akademiyaları ilə analoji razılaşmalar imzalanıb.

Paşayev ADA-nın beynəlxalq universitetlər və mərkəzlərlə əməkdaşlığının vacibliyini qeyd edib. "Trento Universiteti təhlükəsizlik və münaqişələrin həlli məsələlərində ixtisaslaşıb", - Paşayev bildirib. ADA-nın rektoru qeyd edib ki, imzalanmış memorandum bu sahədə birgə əməkdaşlıq üçün yaxşı təməl rolunu oynayacaq.

Bununla yanaşı, gələcəkdə ADA və Trento Universiteti arasında təhsil pillələri üzrə birgə proqramların həyata keçirilməsi planlaşdırılır. "Bu ilin sentyabrından başlayaraq magistratura tələbələrinin mübadiləsi proqramı fəaliyyətə başlayır", - Trento Universitetinin rektoru bildirib.

"Azərbaycan Diplomatiya Akademiyasında təhsilin keyfiyyətinə böyük diqqət yetirilir və Trento Universiteti onunla əməkdaşlıqda maraqlıdır", - Notermans deyib. Onun sözlərinə görə, Azərbaycan regionda vacib yer tutur. "Ona görə də bu ölkə ilə əməkdaşlıq İtaliya üçün çox vacibdir", - o qeyd edib.

"Biz tarix və bir çox münaqişələri öyrənirik və mən düşünürəm ki, biz Dağlıq-Qarabağ münaqişəsinin həllində kömək edə bilərik. Amma bunun üçün biz onu daha dərindən öyrənməliyik", - Notermans bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Diplomatiya Akademiyası 2006-cı il martın 6-da Azərbaycan prezidentinin sərəncamı ilə yaradılıb. Yeni dərs ilində Akademiyaya təxminən 25, gələcəkdə isə 120-yə yaxın tələbə qəbul edilməsi planlaşdırılır. Onların 25 faizini xarici vətəndaşlar təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti