...

Azərbaycan məhkəməsi keçmiş baş redaktor barəsində cinayət işinə xitam verməyib

Cəmiyyət Materials 7 Aprel 2009 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir K.Zərbalıyeva /

"Xalq qəzeti"nin keçmiş baş redaktoru, "Yeni Müsavat" qəzetinin köşə yazarı Mahal İsmayıloğlunun cinayət işi üzrə hazırlıq iclası başa çatıb.

Trend -un arayışı: İsmayıloğluna qarşı cinayət işi onun qonşuluğunda çalışan xadimənin şikayəti əsasında qaldırılıb. Keçmiş baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (128) maddəsi ilə ittiham olunur.

Zərərçəkən kimi tanınan Nəsibə Nuruş qızı jurnalistin ona fiziki təzyiq yetirdiyini və mənəvi təhqirə məruz qoyduğunu iddia edir.

İsmayıloğlu özü isə hesab edir ki, cinayət işi siyasi sifarişdir, onu hökuməti tənqid edən məqalələr yazdığına görə cəzalandırmaq istəyirlər.

İsmayıloğlunun vəkili Əlayif Həsənov çərşənbə axşamı Trend -a bildirib ki, Abşeron rayon məhkəməsində keçirilən hazırlıq iclasında bir neçə vəsatət irəli sürsələr də, məhkəmə vəsatətlərdən birini - Tovuz rayonundan olan şahidlərin çağırılması barədə vəsatəti təmin edib.

Cinayət işinə xitam verilməsi, zərərçəkənin və onun həyat yoldaşının ifadələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatətləri məhkəmə rədd edib.

Cinayət işi üzrə məhkəmə baxışı aprelin 16-na təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti