...

Bakının "İnter" futbol klubu finala çıxmaq şansını nəzəri cəhətdən həll edib

Cəmiyyət Materials 29 Aprel 2009 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir A.Hüseynbala /

Bakının "İnter" klubu XVII Azərbaycan Kubokunun final mərhələsinə çıxmaq şansını nəzəri cəhətdən həll edib.

Azərbaycan kubokunun yarımfinal mərhələsində "İnter" "Qəbələ" klubunu ev oyununda 5:0 hesabı ilə məğlub edib. "İnter" birinci hissənin ilk12 dəqiqəsində 3 top vurmaqla işini asanlaşdırıb. "Qəbələ"lilərin qapısından digər 2 qol oyunun ikinci hissəsində vurulub.

Digər finalçı komanda isə "Bakı" ilə "Qarabağ" arasında keçiriləcək oyunlardan sonra məlum olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti