...

Azərbaycanın Mətbuat Şurası beynəlxalq təşkilatın keçirdiyi sorğunun nəticələrindən təəccüblənib

Cəmiyyət Materials 4 May 2009 17:38 (UTC +04:00)

Azərbaycan, Bаkı, 04 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Mətbuat Şurası beynəlxalq təşkilatın keçirdiyi sorğunun nəticələrini obyektiv hesab etmir.

"Azərbaycan mətbuatında problemlərin olmadığını iddia etmək mümkün deyil. Onların aradan qaldırılması üçün səylərimizi əsirgəmirik", - bazar ertəsi Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trеnd Nеws-un аrаyışı: Dünyada demokratik azadlıqların vəziyyətini öyrənən "Freedom House" təşkilatı 195 ölkədə medianın vəziyyətinə dair sorğu keçirib. Nəticələri hesablayan təşkilat ölkələri üç qismə bölüb: "azad", "qismən azad" və "azad olmayan" ölkələr.

"Freedom House" Azərbaycanı mətbuatın vəziyyətinə görə "azad olmayan" ölkələr sırasına daxil edib.

Sorğunun mayın 1-də elan olunan nəticələrinə əsasən, Azərbaycan media azadlığının səviyyəsinə görə 195 ölkə arasında 168-ci sıradadır.

"Freedom House"-un siyahısına görə, media azadlığının təmin olunmasında Azərbaycan öz qonşuları Ermənistan və Gürcüstandan geridədir.

Ermənistan siyahıda 144-cü yerlə "azad olmayan" ölkə kimi göstərilir. Gürcüstan isə 128-ci yerlə "qismən azad" ölkə hesab edilib. Ümumilikdə, mətbuatın vəziyyəti öyrənilən 195 ölkədən 64-ü "azad olmayan", 59-u "qismən azad", 72-si isə "azad ölkə" kimi qiymətləndirilib

Amaşovun sözlərinə görə, son illər kütləvi informasiya vasitələrinin maddi durumunun yaxşılaşdırılması üçün dünyanın çox az ölkəsində olan Mətbuata Dəstək Fondu yaradılıb.

"Həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün çalışırıq. Məqsədimiz odur ki, Azərbaycanda iqtidar və müxalifətdən asılı olmayan müstəqil mətbuat formalaşsın", - şura sədri əlavə edib.

Amaşov deyib ki, "Freedom House" təşkilatının keçirdiyi sorğunun nəticələri onu xeyli təəccübləndirib.

"Halbuki siyahıda Azərbaycandan əvvəl elə ölkələrin adları çəkilib ki, orada ümumiyyətlə söz azadlığından danışmaq olmaz. Afrikanın bəzi ölkələrində, Ermənistanda söz azadlığı heç vaxt Azərbaycandakından yüksək səviyyədə ola bilməz", - Amaşov vurğulayıb.

Azərbaycanda 3300-dən çох KİV qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti