...

Rusiyanın ali məktəblərinə 98 azərbaycanlı abituriyent sənəd verib

Cəmiyyət Materials 13 May 2009 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir C.Babayeva /

Rusiyanın ali məktəblərinə Azərbaycan vətəndaşlarının təhsil alması üçün ayrılmış plan yerlərinə sənəd qəbulu başa çatıb.

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna və ölkənin digər ali məktəblərinə 98 abituriyent sənəd verib, çərşənbə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib.

Rusiyanın ali məktəblərinə qəbul test imtahanı mayın 15-də keçiriləcək. Test imtahanı nəticəsində müsabiqə şərtini ödəyən abituriyentlər müsahibəyə buraxılacaqlar. Mayın 16-da keçiriləcək müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanılacaq.

Azərbaycan gəncləri üçün 2009-2010-cu tədris ilində Rusiyanın ali məktəblərində 100 yer, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda isə üç yer ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti