...

Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası Bədii Gimnastika üzrə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb

Cəmiyyət Materials 16 May 2009 12:57 (UTC +04:00)
Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası Bədii Gimnastika üzrə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir D.İbrahimova /

Bədii Gimnastika üzrə Avropa çempionatının yeniyetmələr arasındakı yarışlarında finalçıların adları məlum olub. Həlledici mərhələyə Rusiya 26.250 bal, Azərbaycan 24,950 bal, Bolqarıstan 24.700 bal, İspaniya 24.200 bal, İsrail 23.500 bal, Belarus 23.500 bal, Macarıstan 22.150 və Polşa 22.100 balla vəsiqə qazanıb.

Azərbaycanın yeniyetmələrdən ibarət komandasının heyətinə Abbasova Səbinə, Əbdülsəlimova Nigar, Xələfova Aelita, Məhərrəmova Lalə, Məmmədova Kamilə və Jidkova Yevgeniya daxildir.

Komandaların final çıxışları sabah yerli vaxtla saat 11:00-da başlayacaq.

Mayın 15-də Bakıda Bədii Gimnastika üzrə 25-ci Avropa çempionatı strat götürüb. Yarışın təşkili məsuliyyətini öz üzərinə Azərbaycan Gimnastika Federasiyası götürüb. Yarışlarda 32 ölkədən 186 gimnast iştirak edir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti