...

Aİ-nin proqramı ölkənin təkmilləşdirilməsinin sürətləndirilməsi üçün şansdır - ictimai təşkilat

Cəmiyyət Materials 21 May 2009 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın milli Avrointeqrasiya İctimai Komitəsi (AMAİK) Aİ-nin "Şərq tərəfdaşlığı" proqramını ölkənin siyasi, iqtisadi və sosial infrastrukturlarının təkmilləşdirilməsinin sürətləndirilməsi üçün şans hesab edir.

"Komitə Aİ-nin maliyyə və texniki yardımını siyasi və sosial infrastrukturların inkişafına və iqtisadi menecmentin tətbiqinə yönəltməyi məqsəduyğun hesab edir", - AMAİK-in Azərbaycan və Aİ arasında 2006-cı ildə bağlanmış əməkdaşlıq planı üzrə irəliləyişi qiymətləndirməsində deyilir.   

AMAİK-də hesab edirlər ki, Azərbaycanın bu istiqamətdəki inkişafı, müsəlman, Orta Asiya ölkələri və İran üçün yaxşı nümunə ola bilər.

"Şərq tərəfdaşlığı" - Polşa və İsveçin qonşuluq siyasəti çərçivəsində Aİ-nin postsovet ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Aİ-nin altı qonşu ölkəsini əhatə etməlidir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna.

Bu təşkilat çərçivəsində vizaların götürülməsi, azad ticarət zonalarının tətbiqi və strateji müqavilələrin imzalanması üzrə danışıqlar aparılacaq. Həmçinin tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerji təminatı kimi kiçik layihələr həyata keçiriləcək.

"Şərq tərəfdaşlığı" proqramı rəsmi olaraq mayın 7-də Aİ-nin Praqadakı sammitində qüvvəyə minib.

AMAİK hesab edir ki, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın maliyyələşdirilməsinin həcmi Gürcüstan və Ermənistandan az olmamalıdır.

AMAİK 2006-cı ilin fevralında Bakıda yaradılıb. Bu ictimai təşkilatın məqsədi Azərbaycan tərəfindən "Şərq tərəfdaşlığı" proqramının daha yaxşı realizəsi və Azərbaycanın Aİ-yə qəbul edilməsi üçün ölkənin vətəndaş resurslarının səfərbər edilməsidir. AMAİK-də 54 ictimai təşkilat təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti