...

Azərbaycanda "İnformasiya Texnologiyaları Akademiyası" adlı maarifləndirici layihəyə start veriləcək

Cəmiyyət Materials 29 May 2009 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın "İrəli" İctimai Birliyi ölkənin müxtəlif regionlarında gənclərin, xüsusən gənc müəllimlərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi  məqsədilə "İnformasiya Texnologiyaları Akademiyası" adlı maarifləndirici layihəyə start verəcək.

İyunun 1-də Gəncədə start veriləcək layihəyə "İnformasiya Texnologiyaları qrupları"nın yaradılması yolu ilə 1 il ərzində təxminən 50 000 insan cəlb olunacaq,

Layihənin tərəfdaşları Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyalari nazirlikləri, "HP", "Microsoft", "Bestcomp" və "Yumroo" şirkətidir.

Trend -un arayışı: "İrəli" İctimai Birliyi üç ildən artıq fəaliyyət göstərmiş eyniadlı Ümumrespublika Gənclər Hərəkatının bazasında yaradılıb. Birliyin sıraları altı min nəfərdən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti