...

Rusiya təhsil müəssisələrində Azərbaycanın 40-dan çox vətəndaşı təhsil alacaq

Cəmiyyət Materials 12 İyun 2009 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir C.Babayeva /

Rusiya təhsil müəssisələrində Azərbaycanın 46 vətəndaşı təhsil alacaq

"Heydər Əliyev Fondunun Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə, Rusiyanın Təhsil və Elm Nazirliyi Moskvada, Azərbaycandan olan 122 vətəndaş üçün təhsil müəssisələrində boş yerlər üçün qəbul imtahanları keçirib. İmtahanlarda iştirak edənlərdən 34 nəfər bu hüququ qazanıb", - cümə günü TQDK-nın sədri Məleykə Abbaszadə məlumat verib. 

May ayında Bakıda keçirilmiş qəbul imtahanlarında iştirak etmiş 98 azərbaycanlı abituriyentdən 12-si, müsabiqənin tələblərini yerinə yetirərək Rusiya ali təhsil müəssisələrində oxumaq hüququ qazanıb.

Bu il Azərbaycan üçün Rusiya ali məktəblərində 103 plan yeri ayrılıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti