...

Azərbaycanda hərbi hissəni özbaşına tərk edən hərbçilərə hökm oxunub

Cəmiyyət Materials 19 İyun 2009 12:30 (UTC +04:00)
Azərbaycanda hərbi hissəni özbaşına tərk edən hərbçilərə hökm oxunub

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir H.Bağırov /

Azərbaycanda hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, hədə-qorxu ilə tələb etmə cinayətlərində ittiham olunan hərbçilərə hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Qusarda yerləşən hərbi hissəsinin kiçik çavuşları Rüstəm Mustafayevə 5 il 6 ay, Elvin Novruzova 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Cinayət işinin materiallarına görə, ötən il dekabrın əvvəlində hərbi hissədə əsgərlər arasında kütləvi şəkildə dava baş verib.

Lakin bu barədə hərbi hissə rəhbərliyinə məlumat verilməyib.

Təqsirləndirilən kiçik çavuşlar bu hadisə ilə bağlı əsgərlərə hədə-qorxu gələrək bu barədə hərbi hissə komandanlığına məlumat verməmələri üçün onlardan pul alıblar.

Sonuncu dəfə isə əsgərlər kiçik çavuşların hərəkətindən hərbi hissə komandanlığına şikayət ediblər.

Bundan sonra faktla bağlı araşdırma aparılıb və hərbçilər həbs olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti