...

Azərbaycanda ali təhsil məktəblərinə testdənkənar yolla tələbə düzəldən dəstənin məhkəməsi başlayıb

Cəmiyyət Materials 2 İyul 2009 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir H.Bağırov /

Azərbaycanın ali təhsil məktəblərinə testdənkənar yolla tələbə düzəltmək üçün vətəndaşları aldadan cinayətkar qrupun işi üzrə məhkəmə başlayıb.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə cümə axşamı baş tutan hazırlıq iclasında Emil İsgəndərov, Vilayət Əliyev, Azər Məmmədov və İsaməddin Daşdəmirovdan ibarət dəstənin cinayət işi üzrə məhkəmə baxışının iyulun 8-də keçirilməsi qərara alınıb.

Həmin şəxslər 2004-2007-ci illərdə 50-yə yaxın abituriyentə onları Azərbaycan Beynəlxalq Universitetinə və digər ali məktəblərə testdənkənar yolla düzəltməyi vəd edərək, onların hər birindən 3-5 min manat məbləğində pul alıb və mənimsəyiblər.

Dəstə üzvləri ötən ilin dekabrında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti