...

Ermənistanda əsirlikdə olan Azərbaycan əsgərinin atası oğlunun sağ olmasına inanmır

Cəmiyyət Materials 10 İyul 2009 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı,10 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistanda əsirlikdə olan Azərbaycan əsgərinin atası oğlunun sağ olmasına inanmır.

Əsir Rafiq Həsənovun atası Rəhman Həsənov cümə günü Trend -a bildirib ki, oğlundan xəbər öyrənmək məqsədilə bu gün Beynəlxalq Qırmızı Xaç komitəsinin Bakıdakı nümayəndəliyində olub.

Ailəsinin oğluna yazdığı məktubu BQXK-nin əməkdaşlarına təqdim edib.

Həsənov əsirlikdəki oğlunun şəklinin çəkilməsini və onlara verilməsini istəyir. "Əgər şəklin gətirsələr inanaram ki, oğlum sağır",- deyə ata vurğulayıb.

BQXK-dən gələn həftə Həsənovla görüşəcəklərini bildiriblər.

Əsirin atası Prezident Administrasiyasında və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olub, bu qurumlara yazdığı məktubunda oğlunun əsirlikdən azad olunması üçün lazımi tədbirlərin görülməsini xahiş edib.

Həsənov keçən ilin oktyabrın 8-də cəbhənin Qazax istiqamətində ermənilərə əsir düşüb.

Ermənistanda Azərbaycan Ordusunun çavuşu Anar Hacıyev də əsirlikdədir. O, bu il mayın 10-da Füzuli cəbhəsində əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti