...

Azərbaycanda "Meşə qardaşları"nın məhkəməsində Əbu Bəkr məscidinin imamının iştirakı tələb olunub

Cəmiyyət Materials 27 İyul 2009 13:20 (UTC +04:00)
Məhkəmə prosesi başlanan kimi hakim təqsirləndirilən şəxs Xaliq Vəlimətova ifadə vermək üçün söz verib. O bildirib ki, zərərçəkmiş şəxs Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov məhkəmə iclasında iştirak edəndən sonra ifadə verəcək. Vəlimətov ifadəsinin Qamət Süleymanovla bağlı olacağını və ona suallarının olduğunu deyib.
Azərbaycanda "Meşə qardaşları"nın məhkəməsində Əbu Bəkr məscidinin imamının iştirakı tələb olunub

Azərbaycan, Bakı, 27 iyul  / Trend , müxbir H.Bağırov / 

Azərbaycanda "Meşə qardaşları"nın bazar ertəsi davam etdirilən məhkəmə prosesində Əbu Bəkr məscidinin imamının iştirakı tələb olunub.    
 

Məhkəmə prosesi başlanan kimi hakim təqsirləndirilən şəxs Xaliq Vəlimətova ifadə vermək üçün söz verib. O bildirib ki, zərərçəkmiş şəxs Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov məhkəmə iclasında iştirak edəndən sonra ifadə verəcək. Vəlimətov ifadəsinin Qamət Süleymanovla bağlı olacağını və ona suallarının olduğunu deyib. 

 
Təqsirləndirilən digər şəxs Kamran Bozorgi ifadəsində bildirib ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Onun sözlərinə görə, təqsirləndirilən 26 nəfərin 16-sının tutulma səbəbkarı Qamət Süleymanovdur. "Onun dini fikirləri və bizi "xavaric" (cəhənnəm köpəkləri) adlandırması aramızda münaqişəyə səbəb olub. Lakin mənim onu öldürməklə qisas almaq niyyətim olmayıb. Belə niyyətim olsaydı, bunu edərdim. Çünki onun otağına tez-tez daxil olan şəxslərdən biri də mən olmuşam. "Quba camaatı" adlanan dəstənin iclas və yığıncaqlarında iştirak etməmişəm. Biz yalnız dini baxışlarımıza görə bir yerə toplaşıb, ancaq dini ibadətlə məşğul olmuşuq", - təqsirləndirilən şəxs deyib.

Məhkəmə prosesi davam edir. 
 

Trend -un arayışı: Ötən il avqustun 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən və "Əbu Bəkr" adı ilə tanınan Cümə məscidində axşam namazı vaxtı 2 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. 

 
İttihama görə, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Bozorgi Kamran, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı "Süleyman" ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda ixtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Bu məqsədlə onlar istintaqa məlum olmayan mənbədən silah-sursat əldə edərək, Bakıdakı Əbu-Bəkr məscidində partlayış törətdiblər.


Xəbər lenti

Xəbər lenti