...

Azərbaycan hökuməti çeçen qaçqınları ilə bağlı problemlə üzləşib

Cəmiyyət Materials 28 İyul 2009 14:53 (UTC +04:00)
"Problem onların şəxsiyyətlərinin tam müəyyənləşdirilməsi ilə bağlıdır. Rusiya hökuməti Çeçenistanda antiterror əməliyyatlarının başa çatdığını elan etsə də, hələlik geri qayıtma prosesi başlamayıb. Bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət olunsa da, bizə praktiki kömək olunmayıb. Ona görə də ölkədəki çeçen qaçqınlarının mülki vətəndaş və ya terrorçu olduğunu müəyyən edə bilmirik", - çərşənbə axşamı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə bildirib.
Azərbaycan hökuməti çeçen qaçqınları ilə bağlı problemlə üzləşib

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycan hökuməti ölkə ərazisində məskunlaşan çeçen qaçqınları ilə bağlı problemlə üzləşib.

"Problem onların şəxsiyyətlərinin tam müəyyənləşdirilməsi ilə bağlıdır. Rusiya hökuməti Çeçenistanda antiterror əməliyyatlarının başa çatdığını elan etsə də, hələlik geri qayıtma prosesi başlamayıb. Bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət olunsa da, bizə praktiki kömək olunmayıb. Ona görə də ölkədəki çeçen qaçqınlarının mülki vətəndaş və ya terrorçu olduğunu müəyyən edə bilmirik", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə bildirib.

Trend -un arayışı: Qeyri-rəsmi məlumata görə, Azərbaycanda çeçen qaçqınlarının sayı təxminən beş min nəfərdən çoxdur.

Həsənovun sözlərinə görə, Azərbaycanda 3-cü ölkədən olan qaçqınların sayı azalıb.

"Əvvəllər onların sayı 12 minə qədər idi. Hazırda 4 minə düşüb ki, bu da əsasən axıska türklərinin sayında müşahidə olunur. Onların bir qismi Avropa ölkələri və Türkiyəyə köçüb. Qalanları isə doğma vətənlərinə qayıdışı gözləyir", - Həsənov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti