...

Azərbaycanın ali hərbi məktəblərinə tələbə qəbulu elan olunub

Cəmiyyət Materials 29 İyul 2009 15:49 (UTC +04:00)
"Müsabiqə I, II və III ixtisas qrupu üzrə qəbul imtahanlarında 200-dən yuxarı bal toplamış oğlan abituriyentlərin Azərbaycanın ali hərbi məktəblərinin vakant yerlərinə qəbul olunması üçün keçirilir", - TQDK-nın yaydığı məlumatda bildirilib.
Azərbaycanın ali hərbi məktəblərinə tələbə qəbulu elan olunub

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) çərşənbə günü 2009/2010-cu tədris ili üçün ali hərbi məktəblərə tələbə qəbulunu elan edib.

"Müsabiqə I, II və III ixtisas qrupu üzrə qəbul imtahanlarında 200-dən yuxarı bal toplamış oğlan abituriyentlərin Azərbaycanın ali hərbi məktəblərinin vakant yerlərinə qəbul olunması üçün keçirilir", - TQDK-nın yaydığı məlumatda bildirilib.

Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər sənədlərini iyulun 18-dən 27-dək Heydər Əliyev adına Ali Hərbi Məktəbdə yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim etməli idilər.

TQDK, həmçinin Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Akademiyasına sənəd vermiş abituriyentlərin imtahan nəticələrini elan edib.

Akademiyaya sənəd vermiş abituriyentlər arasında II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. Müsabiqə nəticəsində keçid balı 200 bal olub.

Qəbul olunmuş tələbələrin siyahısı Dövlət Sərhəd Xidmətinə göndərilib. Akademiyaya sənəd vermiş və müsabiqədən keçmiş abituriyentlər Dövlət Sərhəd Xidmətinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti