Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir F.Hüseynli /
Müdafiəçi axtarışını davam etdirən Azərbaycanın "Neftçi" klubu düşərgəyə daha bir oyunçunu dəvət edib. Klubun mətbuat xidmətindən Trend -a verilən məlumata görə, bu, ötən mövsümü İngiltərənin "Uotford" klubunda keçirən Andrey Stepanovdur.
Rusiyanın "Torpedo" (Moskva, 2004-2006), "Ximki" (2007-2008) klublarında da çıxış etmiş Stepanov Estoniya milli komandasında 79 oyun keçirib, 1 qol vurub. 30 yaşlı futbolçu "Qəbələ" ilə oyunun 1-ci hissəsində meydana çıxaraq mərkəz müdafiəçisi mövqeyində çıxış edib. Stepanov toplanışın sonuna qədər baxışda olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]