Türkiyənin şimalında, Zonquldak vilayətində keçmiş ər öz həyat yoldaşını və ailə üzvlərini qətlə yetirib, Türkiyənin Cihan agentliyi xəbər verir.
Şafak Köksal Çaycuma kəndində yaşayan keçmiş həyat yoldaşı Ayşə Köksalı, onun valideynlərini, qardaş və bacısını qətlə yetirib. Cinayəti törətdikdən sonra o, polisə könüllü təslim olub. Qətlin səbəbi həyat yoldaşının barışığa razı olmaması olub.
Köksal istintaqda bildirib ki, yoldaşının qohumlarını ona görə qətlə yetirib ki, onun həyat yoldaşı ilə danışmasına mane olurmuşlar.
Şafak və Ayşənin beş aylıq körpəsi qalıb.