...

Əfqanıstan xalqı öz iradəsini ifadə edib – Aİ-nin xüsusi nümayəndəsi

Cəmiyyət Materials 22 Avqust 2009 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir Y.Ostapenko /

Əfqanıstanda keçirilən prezident seçkilərində xalq öz iradəsini ifadə edib, "Taliban" tərəfindən edilən hədələr uğursuzluğa düçar oldul. Avropa İttifaqının Əfqanıstandakı xüsusi nümayəndəsi Ettore Françesko Sekui belə hesab edir.

"Bu, Əfqanıstan üçün yaxşı gün oldu. Təsdiq edirik ki, əfqan xalqı öz iradəsini iafdə edib, müvafiq institutlar isə seçkilərin keçirilmsinin təhlükəsizliyini təmin ediblər", - Sekui cümə günü Kabildən telefonla Trend -a deyib.

"Seçkilərə qədər olan narahatlığı insanların seçkidə iştirakı faktı ilə tutuşdursaq, demək olar ki, "Taliban"ın hədələri uğurlu alınmadı", - o deyib.

Əfqanıstanda cümə axşamı keçirilən prezident seçkilərinə yekun vurulur. Terrorçuların çoxsaylı hədələrinə baxmayaraq, seçkilərdə gözlənildiyindən çox insan iştirak edib. 

Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 50-55 faizi iştirak edib, Trend -a daha əvvəl müstəqil seçki komissiyasının vitse-prezidenti Davud Nəcəfi məlumat verib.

Hazırkı prezident seçkiləri ABŞ-ın Əfqanıstanda 2001-ci ildə başlayan hərbi əməliyyatlarından sonra ikincidir. Birinci demokratik seçkilər 2004-cü ildə keçirilib. O zaman hakimiyyətə hazırkı prezident Həmid Kərzai gəldi.

Hazırkı seçikilərdə 40-a yaxın namizəd iştirak edib. Dövlət rəhbəri postuna əsas rəqiblər fəaliyyətdə olan dövlət başçısı Həmid Kərzai, keçmiş XİN rəhbəri Abdulla Abdulla və keçmiş maliyyə naziri Əşrəf Qəni Əhmədzi hesab olunurdu.

Sekuinin sözlərinə görə, ən ciddi hədələr səsləndirilən Baqlan şəhəri daxil olmaqla, hətta ən təhlükəli bölgələrdə də insanlar səsvermədə iştirak ediblər.

Qanunsuz silahlılar Baqlan şəhərini bir neçə saat öz nəzarətləri altında tutmağa müvəffəq olublar. Lakin əfqan qoşunları cinayətkarları dəf ediblər və şəhəri azad ediblər.

"Güman edilən pozuntularla bağlı şikayətlərin olması təbiidir", - səfir hesab edir.

"Dəqiq rəqəmlər olmadan bunu şərh etmək bizim işimiz deyil. Əminəm ki, pozuntuların qarşısını almaq üçün seçşkilərə qədər hər şey edilib", - o deyib.

Sekuinin sözlərinə görə, Aİ bu istiqamətdə seçkilər zamanı baş verən pozuntuları araşdıracaq tələb və şikayətlər üzrə komissiyanı tam dəstəkləyir.  

Avqustun 20-dən sentyabrın 2-dək bülletenlərin hesablanması aparılacaq, bülletenlər əyalətlərdən mərkəzə göndəriləcək, seçkilərin nəticələri yekunlaşdırılacaq. MSK-nın planına əsasən, ilkin nəticələrin elanı 3-16 sentyabrda olmalıdır.

Yekun nəticələr tələb və şikayətlər üzrə komissiyanın işinin yekunlaşmasından sonra elan ediləcək. Sentyabrın 17-də MSK seçkilərin nəticələrini elan edəcək. Namizədlərdən heç biri seçicilərin səsıərinin əksəriyyətini toplamasa (səs verənlərin sayının 50+1%-i), həmin gün səsvermənin ikinci mərhələsinin vaxtı elan ediləcək.  

Sekuinin fikrincə, rəsmi nəticələrin yalnız sentyabrın 17-də açıqlanmasının səbəblərindən biri tələb və şikayətlər üzrə komissiyaya daxil olan ərizələrin araşdırılması və lazımi qərar qəbul edilməsi ilə bağlıdır.  

Onun fikrincə, vacibi odur ki, seçkilər Əfqanıstan xalqının real arzusunu göstərdi.

"Həmkarlarımla birlikdə şahidi olduq ki, ailələr səsverməyə uşaqları ilə gəlirlər, ən yaxşı paltarlarını geyiniblər və səsvermədən sonra təbiətdə istirahət planlaşdırırlar. Düşünürəm ki, bu, həqiqətən də vacibdir", - o deyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti