Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir M. Əliyev / Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ictimaiyyət arasında ekoloji təbliğatı gücləndirir.
"Növbəti həftədən iki min ədəd ekoloji video çarxın kompakt disk şəkilində ictimaiyyətə paylanmasına başlanacaq", - cümə axşamı Trend -a ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Trend -un arayışı: Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi səhralaşma, nərəkimilərin qorunması, şəhərin zibillənməsi, atmosfer havasının çirklənməsi mövzularını əhatə edən ekolji videoçarxlar hazırlayıb. Videoçarxlar ETSN-nin rəsmi internet səhifəsində də yerləşdirilib.
İbrahimovanın sözlərinə görə, disklər yerli icra hakimiyyəti orqanlarına, kitabxanalara, təhsil müəssisələrinə paylanılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]