Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva /
Qazaxıstanın Elm və Təhsil Nazirliyinin dörd nəfərlik nümayəndə heyəti sentyabrda 9-dan 13-dək Azərbaycanda səfərdə olacaq. Bu barədə çərşənbə günü Azərbaycan Gənclər və İdman Nazirliyindən verilən məlumatda deyilir.
Səfər proqramı çərçivəsində nümayəndə heyətinin Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevlə, eləcə də "İrəli" İctimai Birliyində və Xarici Dillər Universitetində görüşlər keçirməsi planlaşdırılır.
Nümayəndə heyəti həmçinin Bakının tarixi-mədəni abidələri ilə də tanış olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]