Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir A.Hüseynbala/
Bakıda çərşənbə axşamı "Bakı" futbol klubunun rəhbərliyi və yeni baş məşqçi arasında birillik müqavilə imzalanıb.
"Mən öz təcrübəmdən Azərbaycanda uzun müddət istifadə etmək və komandanı dünya səviyyəsinə qaldırmaq niyyətindəyəm", - "Bakı"nın yeni məşqcisi Bülənt Qorxmaz imzalama mərasimindən sonra deyib. Müqavilənin dəyəri açıqlanmır. Məşqçinin sözlərinə görə, "bu o qədər də vacib deyil".
Yeni məşqçi Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla görüşməyi və Azərbaycan futbolunun gələcəyini müzakirə etməyi planlaşdırır.
Qorxmaz 21 il ərzində "Qalatasaray"ın futbolçusu olub. Bu dövrdə o, 600 matç keçirib. Bu klubun tərkibində dəfələrlə Türkiyə çempionu olub. "Qalatasaray"la UEFA Kubokunu və superkuboku da alıb. Türkiyə yığmasının tərkibində, Qorxmaz, 2002-ci ildə Cənubi Koreya və Yaponiya meydançalarında keçirilən Dünya çempionatının bürünc mükafatçısı olub.
Bu vaxtadək Qorxmaz Türkiyənin "Ərciyəsspor", "Bursaspor", "Gənclərbirliyi" klublarının baş məşqçisi olub. Fevralda o, "Qalatasaray"la vaxtın uzadılması mümkünlüyü ilə yarımillik müqavilə imzalayıb. Lakin 2008/09 mövsümünün sonunda İstanbul klubunu tərk edib.